Divar blokları iri tikinti şirkəti və həmçinin ev, qaraj tikmək və ya bəzəmək istəyən fərdi istehlakçılar tərəfindən getdikcə daha çox istifadə olunan materialdır.
Vibropreslənmiş beton məhsulların tərkibi iri qum, ələnti və birinci sinif sementdən ibarətdir. Yüksək davamlılığa malik beton bloklar daxili boşluqara malikdirlər ki, bunlar da çəkini azaldır və effektiv istilik izolyasiyanı təmin edir. Kubik daşla müqayisədə aşağı qiymət məhsulun vacib üstünlüyünü təşkil edir. Eyni zamanda, vibropreslənmiş tikinti blokları kərpicdən də xeyli ucuzdurlar və funksional cəhətdən onu təmamilə əvəz edirlər.
Biz iki növ blok təklif edirik: tikinti, yəni kərpici əvəz edən, və dekorativ bloklar. Öz funksional keyfiyyətlərinə görə tikinti bloklarından geridə qalmayan dekorativ bloklar həm də üzlənmə üçün müvəffəqiyyətlə istifadə olunurlar.
Tikinti bloklarını istehsal edərkən şirkətimiz yarı-quru vibropresləmə üsulunu istifadə edir. Bununla yanaşı, çınqıl və sement titrəyən formalar köməyi ilə möhkəm preslənilir. Şirkətimiz tərəfindən təqdim olunan beton məhsullarının çoxsaylı saxta mallardan fərqi onların istehsal zamanı məhz resepturaya və istehsal texnologiyasına dəqiqliklə riayət etməkdən ibarətdir.
Şirkətimiz istehsal etdiyi məhsulun uzun ömürlüyünə zəmanət verir. Vibropreslənmiş beton blokların istifadəsi olduqca sadə və rahatdır. Bu bloklar temperatur dəyişikliklər, yağıntılar və günəş şüalarının təsirinə davamlıdırlar. Tikinti materiallarının müasir istehsal texnologiyalarının üstünlüyünü qiymətləndirin.
Qabaritinə görə beton blok adi kərpicdən böyükdür: 190х190х390 mm ölçülərinə malik bir blok 5 standart biryarımlıq kərpici əvəz edir. Beton blok kifayət qədər yüngüldür – 16 kq (5 kərpicin çəkisi təxminən 20-30 kq-dır: 20–keramika, 30-silikat) və boşluqların olmasına baxmayaraq çox möhkəmdir. Çəki və istilikkeçirmə xassəsinin azaldılması üçün bloklarda daxili boşluqlar var.
Arakəsmə (dar)
Ölçüləri, mm |
Ədədin çəkisi, kq |
Yükün həcmi və çəkisi |
Məhsulun əsas texniki göstəriciləri |
||||
Paletdə ədədlərin sayı |
Sayı, m3 |
Paletin ölçüləri, mm |
Paletin çəkisi, kq |
Betonun markası |
Soyuğa dözümlülüyü |
||
100x190x390 |
11 |
150 |
125 |
1200x1000 |
1650 |
M50 – M300 |
F30 |
Arakəsmə (enli)
Ölçüləri, mm |
Ədədin çəkisi, kq |
Yükün həcmi və çəkisi |
Məhsulun əsas texniki göstəriciləri |
||||
Paletdə ədədlərin sayı |
Sayı, m3 |
Paletin ölçüləri, mm |
Paletin çəkisi, kq |
Betonun markası |
Soyuğa dözümlülüyü |
||
190x190x390 |
16 |
75 |
62,5 |
1200x800 |
1200 |
M50 – M300 |
F30 |