Bordyur (haşiyə) (fr. bordure – “haşiyə”, “çərçivəyə salınma”) – yol kənarının abadlaşdırılması üçün istifadə olunan elementdir. Bordyur elementlərinin üç növü mövcuddur: səki, yol və magistral yol bordyurları. Hər bir növ öz funksional təyinatına malikdir və yolların döşənməsində təyin olunmuş qanunlara uyğun istifadə olunur.
Bordyur tipli qazon daşlar monolit beton elementlərdən ibarətdir və dirəklik divar üçün, bünövrənin yerüstü hissəsinin bəzədilməsində kürsülük daşı kimi və ləklər, klumbalar və haşiyələrin çərçivələnməsində bordyur daşı kimi istifadə olunurlar.
Magistral bordyuru yüksək davamlılığa malikdir və magistral yol, trass və uzun yolların haşiyələnməsi məqsədilə istifadə olunur.
Səki bordyuru bağça və parklarda sahələrin zonalaşdırılması, həmçinin səki yolları, klumba və digər bu tipli obyektlərin salınmasında istifadə olunur. Öz davamlılığına görə bu yol örtüyü elementi ağır nəqliyyət vasitələrinin yükünə davam gətirə bilmədiyi səbəbindən onun istifadə sahələri məhduddur.
Bordyur daşından olan haşiyə özündə estetik və funksional komponentlərini birşləşdirir. Birinci növbədə, o, yanaşı sahəni yaraşıqlı və harmonik şəkildə tərtib olunması və düzgün zonalaşdırılmanın aparılması üçün imkan yaradır. Bordyur müxtəlif rənglərdə olur, və bu xüsusiyyət sayəsində landşaft dizaynına və səki plitəsinin rəng çalarlarına uyğun optimal variantın seçilməsi üçün çətinlik təşkil etmir.
Bağça bordyuru kimi elementlə tərtib olunmuş və funksional zonalara bölünmüş sahə harmonik və yaraşıqlı görünüş əldə edir. Beləliklə, bu növ yol döşənmə üsulundan istifadə etmək məqsədə müvafiqdir.
Estetik xüsusiyyətindən savayı, bordyur daşından olan haşiyə həm də funksionallığı ilə fərqlənir. Səki plitəsinin və ya yol örtüyünün döşənməsi zamanı bu mateial məhdudlaşdırıcı funksiyasını daşıyır və döşənmiş örtüyün dağılmasının qarşısını alaraq, onu fiksə edir.
Magistral bordyuru
Ölçüləri, mm |
Ədədin çəkisi, kq |
Yükün həcmi və çəkisi |
Məhsulun əsas texniki göstəriciləri |
||||
Paletdə ədədlərin sayı |
Sayı, lm |
Paletin ölçüləri, mm |
Paletin çəkisi, kq |
Betonun markası |
Soyuğa dözümlülüyü |
||
1000x150x300 |
100 |
12 |
12 |
1200x1000 |
1200 |
M300 |
F200 |
Səki bordyuru
Ölçüləri, mm |
Ədədin çəkisi, kq |
Yükün həcmi və çəkisi |
Məhsulun əsas texniki göstəriciləri |
||||
Paletdə ədədlərin sayı |
Sayı, lm |
Paletin ölçüləri, mm |
Paletin çəkisi, kq |
Betonun markası |
Soyuğa dözümlülüyü |
||
1000x80x200 |
40 |
30 |
30 |
1200x1000 |
1200 |
M300 |
F200 |