az   en   ru
Katushka Lighting Stairs Paving grey Lawn Park Blocks Paving white Paving white black Paving red Lawn stone

Bizim zavod


2010-cu ildə Azərbaycanda təsis olunan "Greystone" şirkəti vibropresləmə üsulu ilə beton məhsullar istehsal edən müəssisədir.

İstifadə olunan texnologiya Almaniyanın “HESS” - Avropada ən böyük beton qəlibləmə avadanlığın istehsalçısının - təmin etdiyi avadanlıqdır. Məhz “HESS” firması beton elementlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq və texnoloji xəttlərin istehsalatı sahəsində dəbb formalaşdırır.

Üfüqi və vertikal döşənmə elementlərinin ən yeni istehsal texnologiyalarını öyrənərək, biz “HESS” alman firmasının yarım quru vibropresləmə üsuluna üstünlük verdik. Bu texnologiya səthlərin ciddi həndəsi formaları və paralelliyinə, davamlılıq və uzun ömürlüyün yüksək göstəricilərinə, bir neçə on illiklər ərzində rəngin dolğunluğunun saxlanılmasına nail olmağa imkan yaradır.

Zavodumuzda olan presləmə avadanlığının iş keyfiyyəti vibropresləmə üsulu ilə alınan məhsulun istehsalatının yüksək göstəricilərini əldə etmək üçün imkan yaradır. Vibropreslənmiş döşəmə kimi məhsul ekoloji cəhətdən təhlükəsiz, həmçinin insan və təbiətə zərərsizdir.

Yeni nəsil presslərin əsas fərqi ikiqat qəlibləmədən ibarətdir. Birinci nəsil presslər birqatlı idi, lakin texnologiyaların inkişafı nəticəsində ikiqatlı qəlibləmə yarandı. Yüksək texnoloji ikiqatlı qəlibləmə sisteminin istismarının bir neçə üstünlükləri var. Əvvəla, bu sistem daha az su udma xüsusiyyətinə malikdir və nəticə etibarı ilə ən yüksək şaxtaya davamlılığı və möhkəmliyi ilə fərqlənir. İkincisi, yalnız üz tərəfdə piqmentdən istifadə olunduğu üçün tərtibata (rəngləməyə) xərclər optimallaşdırılır, və üçüncü, məhsulun istismar müddəti 3-4 dəfə artır.

Keyfiyyətli beton qarışıqları, davamlı piqmentlər, tamamilə sazlanmış texnologiya sayəsində sərfəli qiymətə qüsursuz məhsul əldə etmək olar. Digər sözlərlə - dünya miqyasında Almaniyanın “HESS” firmasının ən qabaqcıl və təlimatlandırılmış heyətlə idarə olunan avadanlığı inşaat materialları bazarında münasib qiymətə əldə edilə bilən eksklyuziv məhsuldur.

Vibropreslənmiş beton məhsullar şaxtaya yüksək davamlılıq, uzun ömrlülük və əla möhkəmlilik xüsusiyyətlərinə malikdir. İstehsal etdiyimiz məhsullar sürüşməyə qarşı örtüyə və dəqiq ölçülərə məlikdirlər. Məhsullarımızın geniş rəng çeşidləri bu materialı hər bir interyer və ya landşaft dizaynına ahəng uyğunlaşdırılmasına imkan yaradır.

“HESS” avadanlığı vasitəsilə istehsal olunmuş məhsullar mövcud keyfiyyət standartlarına və texnoloji reqlamentlərə tamamilə uyğundur. Məhsulumuz aqressiv iqlim təsirlərinə yüksək möhkəmlik və davamlılıqla, həmçinin ilkin xüsusiyyətlərinin saxlanılmasını nəzərə alaraq, artırılmış istismar müddəti ilə fərqlənir. Müəssisəmizdə istehsal olunan “HESS” vibropreslənmiş məhsullar Avropa standartlarına cavab verir və Azərbaycanın hava şəraitinə uyğunlaşdırılıb.

“HESS” firması tərəfindən vibropresləmə istehsalının üstünlüyü ondan ibarətdir ki, məhsulların istehsalı zamanı yüksək dərəcəli avtomatlaşmaya yol verilir və bununlada istehsala xərclənən vəsaitə xeyli qənaət etmək, həmçinin istehsalın müddətini və məhsulun qiymətini azaltmaq imkanı yaranır.

Bizim zavod
Bizim zavod
Bizim zavod
Bizim zavod
Bizim zavod
Bizim zavod
Bizim zavod